18 C
Baku
Friday, November 22, 2024

Dünyanın ən populyar kriptovalyutaları ETF-lərdən kapital axını fonunda kəskin ucuzlaşıb

Kriptovalyuta bazarında qeyri-sabitlik artır. Son 24 saat ərzində bazar dəyişkənliyinin artması fonunda dünyanın ən populyar kriptovalyutaların qiymətləri 2-8% azalıb.

İyulun 25-də Bakı vaxtı ilə saat 11:00-da “Binance” kriptovalyuta birjasında Bitcoinin məzənnəsi 64.16 min dollar təşkil edib. Son 24 saat ərzində dünyanın ən populyar kriptovalyutasının qiyməti 2.7% azalıb.

İyulun 23-də Ethereum-da ETF-lərin işə salınması bazara əlavə təkan verməli olsa da, ticarətin ilk günündə 106.7 milyon dollarlıq kapital axınından sonra, 24 iyulda investorlar 133 milyon dolları geri çəkiblər.

Ethereum-ETF idarəsi altında olan aktivlər 9.5 milyard dollar dəyərində qiymətləndirilir.

“Ripple”, “XRP”, “Toncoin”, “Cardano” və “Solana” daxil olmaqla kapitallaşmaya görə qalan ən böyük kriptovalyutalar da ucuzlaşıb. Ən çox ucuzlaşan “Dogecoin” olub – mem-coin 5.6% düşərək 0.12 dollar olub təşkil edib.

Son xəbərlər
Digər xəbərlər