Azərbaycan Mərkəzi Bankında (AMB) bank sektorunun inkişaf imkanları müzakirə edilib.
Banker.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşdük, bank sektorunun cari vəziyyəti, qarşıda duran çağırışlar, eləcə də sektorun inkişaf imkanları ətrafında fikir mübadiləsi apardıq, II rüb üzrə göstəricilərini, son makroiqtisadi meyilləri və ümumilikdə gündəmdə olan digər mühüm məsələləri müzakirə etdik”, – deyə o qeyd edib.