24 C
Baku
Friday, September 27, 2024

Həyat yoldaşına daha çox qazanmağa necə kömək edə bilərsən?

Tez-tez zərif cinsin nümayəndələrinin “həyat yoldaşlarının onlara kifayət qədər diqqət göstərməməyi” barədə şikayətlər eşidirik. Hamı istər ki, öz “yarından” müxtəlif bahalı –kürklər, zinət əşyaları, üzüklər, avtomobil və s hədiyyə alsın. Hamının istəyi fərqlidir. Amma qadınlar başa düşmür ki, heç də hər bir kişi öz istəklisini ən gözəl hədiyyələrlə sevindirməyə hazır deyil. Məsələ istək azlığında deyil, sadəcə qazancları buna imkan vermir.

Məcbur etmək deyil, ruhlandırmaq lazımdır.

Kişini heç zaman kifayət qədər qazanmadığına görə ittiham etmək, qalmaqallar düzəltmək, onu dörd yerdə işləməyə məcbur etmək və bütün günü dəridən-qabıqdan çıxmasına səbəb olmaq lazım deyil, yəni sizin şıltaqlıqlarınızı yerinə yetirəcək deyə əzab çəkməli deyil. Kiminsə göstərişi ilə hərəkət edən insan çox şeyə nail ola bilməz. Öz həyat yoldaşına inanmaq, onu həvəsləndirmək, ruhlandırmaq lazımdır, siz ona bildirməlisiniz ki, onun hamıdan yaxşı olduğuna inanırsınız və əminsiniz ki, onda hər şey alınacaq. Onda həyat yoldaşınızın stimulu olacaq və o, özü könüllü şəkildə yeni qazanc yerləri axtarmağa başlayacaq və özü sevinclə işə gedəcək. O, hiss etməlidir, duymalıdır ki, bacarıqsız qoca və xəstə kişi deyil, enerji və güclə doludur, lazım gəlsə ailəsindən ötrü “dağı da yerindən oyada” bilər. Yalnız belə olsa o, qarşıya qoyulmuş hədəflərə nail ola bilər.

Deyinməklə iş düzəlmir, özünüzü inkişaf etdirin.

Əgər ərinizə yuxarıda deyildiyi kimi təsir edə bilmirsinizsə, onda başqa bir metodu sınaya bilərsiniz.

Bu metodda aşağıdakı sözlər tələffüz olunur: “Mən mənəm, sən də-sənsən, mən burada sənin istəklərini gerçəkləşdirmək üçün deyiləm, nə də sən burada mənim istəklərimi gerçəkləşdirmək üçün deyilsən”. Sonsuz tələblər heç nəyə gətirib çıxartmır. Ona görə də öz enerjinizi qalmaqallara sərf etmək əvəzinə, onu öz inkişafınıza sərf edin. Özünüzə ürəyinizə yatan iş tapın, həm sizi qane etsin, həm də sizə əlavə gəlir gətirsin. Həyat yoldaşınız, onsuz da əlindən gələni edir ki, evə pul gətirə bilsin. O, bacardığını edir. Əgər bu sizə azlıq edirsə, onda sizi razı sala biləcək və özünüzə uyğun bir iş tapın. Həm də pul qazanmağın elə də asan olmadığını özünüz də görəcəksiniz.

Bir çox ailələr var ki, aşağı gəlirlərinin olmasına rəğmən kifayət qədər xoşbəxt ömür sürürlər. Həyatdan zövq almağı bacarırlar. Sadəcə onlar öz gəlirlərini necə bölüşdürməyi bilirlər. Bəlkə də həmin evdəki qadınlar brilyant taxmırlar, amma kim deyir ki, xoşbəxtlik üçün brilyantların olması mütləqdir?

Amma əgər hazırkı vəziyyətdən daha yaxşı yaşamaq istəyirsinizsə, onda həyat yoldaşınızdan tələb etməyin, sadəcə onda daha böyük nailiyyətlər əldə etməyə güc, həvəs və istək oyadın, bunu zorakı şəkildə deyil, sevgi ilə edin.

Son xəbərlər
Digər xəbərlər