Azərbaycanda COVID-19 ilə bağlı epidemioloji vəziyyət stabildir.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
“Tək-tək yoluxma hadisələrinin qeyd olunmasına baxmayaraq, kütləvi yayılma halları müşahidə edilmir. Epidemioloji vəziyyət nəzarət altındadır”, – deyə qeyd edilib.