Azərbaycanda birinci sinifə qəbul son 6 ildə necə dəyişib? – SİYAHI

2026–2027-ci tədris ili üzrə indiyədək Azərbaycanda 124 mindən çox uşağın I sinfə qəbulu rəsmiləşib. Banker.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bu, 2025-ci ildə qeydə alınan 131 815 nəfərlə müqayisədə təxminən 6% azdır. 2026-cı il üzrə qəbul prosesi tam yekunlaşmadığından son göstərici bir qədər arta bilər.

2020-ci ildə I sinfə 165 511 uşaq qəbul edilmişdisə, 2021-ci ildə bu göstərici 156 107 nəfərə düşüb.

2022-ci ildə I sinfə qəbul olunanların sayı daha 2,9% azalaraq 151 560 nəfər olub. 2023-cü ildə isə azalma sürətlənib: qəbul 9% geriləyərək 137 862 nəfərə enib.

2024-cü ildə I sinfə təxminən 134 min uşaq qəbul olunub ki, bu da əvvəlki illə müqayisədə təxminən 2,8% azdır. 2025-ci ildə göstərici daha 1,6% azalaraq 131 815 nəfər təşkil edib.

Beləliklə, 2020–2026-cı illər ərzində I sinfə qəbul olunan uşaqların sayı təxminən 41,5 min nəfər və ya 25% azalıb. Lakin 2026-cı il üzrə yekun qəbul rəqəmi açıqlanmadığından bu müqayisə hazırkı məlumatlar əsasında hesablanıb.

546546546 scaled

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər