18 C
Baku
Thursday, October 31, 2024

Kəmaləddin Heydərov rəis müavinini vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş tutub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Onun atası və babası da məşhur yanğınsöndürənlərdən olublar.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər