İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhlükəli bəyanatlar verdiyini deyərək Türkiyənin NATO-dan çıxarılmasını istəyib.
İsrailin XİN rəhbəri İsrael Katz diplomatlara təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb.
Katz diplomatlardan tələb edib ki, Türkiyənin NATO üzvü olan ölkələr tərəfindən pislənməsinə və onun ittifaqdan çıxarılmasına nail olsunlar.