5 C
Baku
Saturday, December 14, 2024

Böyükşor gölü üzərində 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.

Nazirlikdən Banker.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan layihə vasitəsilə illik 160 000 kilovat-saatdan çox elektrik enerjisi istehsalının proqnozlaşdırıldığını bildirib.

Daha sonra çıxış edən Bankın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan deyib: “AİB regional layihə çərçivəsində Azərbaycanda su üzərində günəş enerjisindən istifadənin inkişafı üçün texniki dəstək verir. COP29 tədbiri ərəfəsində bu innovativ qurğunun işə salınmasının əhəmiyyəti böyükdür. Pilot layihə kiçik miqyasda həyata keçirilsə də, Azərbaycanda daha bir yaşıl enerji mənbəyinə çevrilir, su və günəş resurslarından birgə istifadəni optimallaşdırır, enerji kompleksini şaxələndirir və emissiyaların qarşısını alır”.

Qeyd edək ki, layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkili də nəzərdə tutulur.

3I1A9820 copy

3I1A9849 copy

3I1A9902 copy

3I1A9836 copy

Son xəbərlər
Digər xəbərlər