2024-cü il üçün Azərbaycan neftinin orta qiyməti 84.9 dollar, qazın 1000 kubmetrinin isə 296.1 dolları olacağı proqnozlaşdırılır.
Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iyulun 31-də keçirdiyi mətbuat konfransında deyib.
T.Kazımov qeyd edib ki, növbəti ildə neftin orta qiymətinin 83.8 dollar, qazın 1000 kubmetrinin isə 332.5 dollar olacağı nəzərdə tutulur.