16 C
Baku
Wednesday, October 30, 2024

Yapı Kredi Bank Azərbaycandan Türkiyəyə AZN valyutasında köçürmələr artıq daha rahat!

®Yapı Kredi Bank Azərbaycandan Türkiyəyə Azərbaycan Manatı (AZN) valyutasında köçürmələrin daha rahat və sürətli edilməsi üçün xidmətini təqdim edir. Bu xidmət, iş adamları və fərdi müştərilər üçün mühüm yenilik olacaq.

Bu xidmət sayəsində AZN valyutasında Türkiyəyə pul köçürmələrini Yapı Kredi Bank-ın filiallarından, internet və mobil bankçılıq vasitəsilə limitsiz məbləğdə həyata keçirilə biləcək.

Müştərilər bu xidmətimizdən faydalanaraq Türkiyəyə  “Yapı Kredi Bankası A.Ş”dəki istənilən AZN valyutasında hesaba , eyni ilədə buradan Yapı Kredi Bank Azərbaycandakı istənilən AZN valyutasında hesaba daha asan və sərbəst köçürmə edə bilərlər.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər