Tələblər:
– Ali təhsil (hüquq təhsilinə üstünlük verilir);
– Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə 1 illik iş təcrübəsi;
– Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmalıdır;
– Azərbaycan dilini mükəmməl, türk, rus və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
– Yaradıcı yanaşmaya malik olmaq və ünsiyyət qurmaq qabiliyyəti vacibdir.
Əsas iş funksiyaları:
– Bankın siyasət və prosedurlarına qanunvericiliyə riayət olunması baxımından rəy vermək, lazımı təklifləri irəli sürmək;
– Müvafiq struktur vahidlərinin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq və ehtiyac olduqda, dövlət orqanlarıyla əlaqə yaratmaq;
– Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
– Bankın daxil olduğu Qrup siyasəti çərçivəsində bankın lazımi addımları atması prosesində koordinasiya funksiyasını yerinə yetirmək.
Email: [email protected]