10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bu məhkəməyə yeni hakim təyin edildi

Bakı Hərbi Məhkəməsində hakimlərin sayı artıb.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş yükünün ağır olması ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov sözügedən məhkəməyə ezam edilib.

Hakim M.Məmmədov artıq ilk hərbi işlərinə baxmağa başlayıb.

Qeyd edək ki, M. Məmmədov 2021-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib. O, ölkə gündəmində olan məhkəmələrdən biri – Biləsuvarın korrupsiya cinayətlərinə görə həbs edilmiş sabiq icra başçısı Mahir Quliyevin işini araşdırıb.

Son xəbərlər
Digər xəbərlər