22 C
Baku
Thursday, October 3, 2024

Yaponiya fond bazarı bir gün əvvəl ucuzlaşdıqdan sonra kəskin artıb

Yapon səhmləri bir gün əvvəl tarixi 12% enişdən sonra bərpa olmağa başlayıb – “Nikkei 225” indeksi 10% bahalaşıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Asiya-Sakit Okean regionunda da əsas fond indeksləri artım nümayiş etdirir. Cənubi Koreyanın “Kospi” indeksi 4% artıb. Bazar ertəsi tarixinin ən pis enişini yaşayan Tayvanın “Taiex” indeksi 4% bahalaşıb. Avtomobil istehsalçısı “Honda”nın səhmləri 15%-dən çox, yarımkeçirici avadanlıq istehsalçısı “Tokyo Electron”un səhmləri isə 15%-dən çox artıb.

Avstraliyanın “S&P/ASX 200” indeksi 0.4% bahalaşıb, Honkonqun “Hang Seng” indeksi 0.4%, “Shanghai Composite” – 0.04%, “Shenzhen Composite” isə 0.77% artıb.

Bir gün əvvəl ucuzlaşan kriptovalyutalar da artım nümayiş etdirir. “Bitcoin” 2.5% bahalaşaraq 55 765 dollara yüksəlib. Dekabr ayı qızıl fyuçerslərinin qiyməti 0.24% artaraq 1 troy unsiyası üçün 2450.3 dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər