9 C
Baku
Thursday, December 12, 2024

İqtisadiyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qərar verib

İqtisadiyyat Nazirliyinin Kollegiyası “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğuların, habelə xammal və materialların idxalına dair təsdiqedici sənədin verilməsi Qaydası”nı təsdiqləyib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, təqdim olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq təsdiqedici sənəd verilməsi və yaxud verilməsindən imtina haqqında inzibati akt qəbul ediləcək, bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim ediləcək və yaxud poçtla, eləcə də elektron üsulla göndəriləcək.

Təsdiqedici sənədin verilməsi, verilməsindən imtina, təsdiqedici sənədə düzəlişin edilməsi, onun yenidən rəsmiləşdirilməsi, dayandırılması və ləğv edilməsi haqqında məlumat 3 iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Maliyyə Nazirliyinə və Dövlət Gömrük Komitəsinə təqdim edilir.

Aşağıdakı hallarda təsdiqedici sənədin verilməsindən imtina ediləcək:

– təsdiqedici sənədin verilməsi barədə ərizədə və ona əlavə olunmuş sənədlərdə Azərbaycanın qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblərə uyğun olmayan məlumatlar olduqda.

-ərizəçi təsdiqedici sənədin verilməsi şərtlərini yerinə yetirmədikdə.

– Təsdiqedici sənədin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Təsdiqedici sənədin qüvvəsi aşağıdakı hallarda dayandırılacaq:

– təsdiqedici sənəd sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

– təsdiqedici sənəd sahibi təsdiqedici sənədin şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair İqtisadiyyat Nazirliyinin göstərişlərini yerinə yetirmədikdə;

– Azərbaycanın qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hallarda.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər