Bolqarıstan parlamenti Türkiyə ilə hava məkanının qorunmasına dair memorandumu təsdiqləyib.
Bu barədə Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov bildirib.
O, parlamentin Türkiyə ilə dövlətlərin hava məkanının birgə mühafizəsi haqqında memorandumu səs çoxluğu ilə ratifikasiya etdiyini qeyd edib.
Zapryanov deyib ki, Bolqarıstanın sazişi imzalamasının səbəbi NATO-nun vahid hava məkanına əhəmiyyət verməsidir.
“Söhbət müdafiə hərəkətlərindən gedir, söhbət növbətçi təyyarələr tərəfindən həyata keçirilən dinc əməliyyatlardan gedir”.