Azərbaycanda ərzaq malları, içkilər və tütün məmulatları üzrə POS-terminallarla ödənişlərin həcmi 2024-cü ilin ilk yarısında 2 mlrd. 310.6 mln. manata yüksəlib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da ötən ilin ilk yarısında qeydə alınmış 1 mlrd. 695.8 mln. manatı 36 faiz üstələmiş olub.
POS-terminallarla aparılan bu ödənişlərin 1 mlrd. 819.9 mln. manatı özəl müəssələrin payına düşüb.
Qeyd edək ki, 2024-cü ilin ilk yarısında ölkənin pərakəndə ticarət dövriyyəsi 7 mlrd. 650.8 mln. manat təşkil edib. Bu öncəkki ilin müvafiq periodunda 6 mlrd. 951.4 mln. manat idi.