7 C
Baku
Sunday, December 15, 2024

Cəlilabadda ötən illə müqayisədə əhalinin sayında artım olub

Cəlilabad rayonunda ötən illə müqayisədə əhalinin sayında artım olub.

2024-cü ilin yanvar-iyun aylarında mövcud əhalinin sayı 217,9 min nəfərə çataraq 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 min nəfər və yaxud 0,9 faiz artıb.

Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 151,3 nəfər olub. Əhalinin ümumi sayının 26,7 faizini və ya 58,2 min nəfərini şəhər, 73,3 faizini və ya 159,7 min nəfərini kənd sakinləri təşkil edir.

Ümumi əhalinin 51,2 faizini və ya 111,6 min nəfərini kişilər, 48,8 faizini və ya 106,3 min nəfərini qadınlar təşkil edir.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər