16 C
Baku
Friday, November 22, 2024

Böyük Britaniyada inflyasiya 2.2%-dək sürətlənib

İyulda Böyük Britaniyada istehlak qiymətləri illik müqayisədə 2.2% artıb. Bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

Xatırladaq ki, ötən ayda inflyasiya 2% təşkil edib.

Aylıq olaraq, Böyük Britaniyada istehlak qiymətləri iyun ayında 0.1% artdıqdan sonra 0.2% azalıb.

İyulda ərzaq, spirt, tütün və enerji xərcləri (CPI indeksi) istisna olmaqla qiymətlər illik ifadədə 3.3% (bir ay əvvəl +3.5%) və aylıq ifadədə 0.1% (iyun ayında +0.2%) artıb.

Pərakəndə qiymət artımı (RPI) keçən ay gözlənilmədən iyun ayında 2.9%-dən illik 3.6%-ə qədər sürətlənib.

CPI və RPI indekslərinin dinamikasında fərq mənzil xərclərinin RPI-yə daxil edilməsi, həmçinin aviabiletlərin, sığorta və benzin qiymətlərinin müxtəlif çəkisi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər