9 C
Baku
Thursday, December 12, 2024

“BP-Azerbaijan”: “Şahdəniz”də əməliyyatlar normal rejimə qayıdıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat layihəsinin texniki operatoru olan BP şirkəti qaz ixracı infrastrukturunda təmir işləri apardıqdan sonra eyniadlı yataqda qaz əməliyyatlarının normal rejimini bərpa edib.

Bu barədə “BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.

Daha əvvəl ixrac infrastrukturunda aparılan planlı təmir işləri ilə əlaqədar (avqustun 5-dən 11-dək) “Şahdəniz” yatağında qaz hasilatının tələb olunan səviyyəyə endirildiyi bildirilmişdi.

“İxrac qaz kəmərləri üzrə profilaktik işlər proqramının başa çatması ilə yataqda qazın ixracı normallaşıb”, – T.Bayatlı deyib.

Bundan əvvəl “Trans Adriatic Pipeline AG” şirkətindən Cənub Qaz Dəhlizinin TAP-a qədər olan hissəsində qazın ötürülməsi sistemində planlı təmir işlərinin Yunanıstanın Türkiyə ilə sərhədindəki Kipoy birləşmə nöqtəsində TAP-a daxil olan qaz axınının azalmasına səbəb olduğu bildirilmişdi.

Oxşar məhdudiyyətlər Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə nəqlində də baş verib ki, bu da avqustun 5-dən 11-dək olan dövrü əhatə edib.

Son xəbərlər
Digər xəbərlər