Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə məxsus “Birgə İnvest” MMC nizamnamə kapitalını 24.9 min manat və ya 0.8% azaltdığını elan edib.
Banker.az bunu şirkətin elanına istinadən xəbər verir.
Məlumata görə, son nəticədə şirkətin kapitalı 3 220 000 manatdan 3 195 075 manata endiriləcək.
Xatırladaq ki, 2019-cu ildə “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” adı ilə yaradılan “Birgə İnvest” KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.