13 C
Baku
Sunday, November 24, 2024

Uorren Baffet “Ultra Beauty” və “Heico” şirkətlərində pay alıb

Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti “Berkshire Hathaway Inc.” ikinci rübdə kosmetika və parfümeriya zəncirinin operatoru “Ultra Beauty Inc.” və aerokosmik komponent təchizatçısı “Heico Corp.”da pay alıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İnvestisiya şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərdiyi materiallara əsasən, o, ötən rübdə “Ultra Beauty”nin 690.106 min, “Heico”nun isə 1.04 milyon səhmini alıb. “Ultra Beauty”nin payının dəyəri iyunun sonunda təxminən 266 milyon dollar, “Heico”nun payının dəyəri isə 247 milyon dollar təşkil edib.

Ötən rübdə “Berkshire” şist yataqlarında neft və qaz hasil edən “Occidental Petroleum”un 7.2 milyon səhmini alıb. İyunun sonuna olan məlumata görə, o, bu şirkətin ümumi dəyəri təxminən 16 milyard dollar olan 255 milyon qiymətli kağızına sahibdir.

Bundan əlavə, Uorren Baffetin investisiya şirkəti sığortaçı “Chubb”ın 1.1 milyondan çox səhmini alıb və hazırda bu şirkətin 27 milyon səhminə sahibdir.

Avqustun əvvəlində açıqlanan ikinci rübün mənfəətində “Berkshire” “Apple Inc.”in səhmlərini təxminən yarıya endirdiyini açıqlayıb. Onun portfeli 84.2 milyard dollar dəyərində qiymətləndirilir.

“Berkshire” IT şirkəti “Snowflake Inc.”in səhmlərindən tamamilə imtina edib. Mart ayının sonunda o, “Snowflake”in 989 milyon dollar dəyərində 6.1 milyon səhminə sahib idi.

Son xəbərlər
Digər xəbərlər