20 C
Baku
Thursday, October 3, 2024

“Bank of America” 2026 FIFA Dünya Kubokunun sponsoru olacaq

Beynəlxalq Futbol Federasiyasının (FIFA) verdiyi məlumata görə, “Bank of America Corp.” 2026-cı il dünya çempionatının rəsmi sponsoru olacaq. Maliyyə şərtləri açıqlanmayıb, lakin “MarketWatch” məlumatlı mənbəyə istinadən xəbər verir ki, bu, bankın tarixində idmana ən böyük sərmayə olacaq.

Aktivlərə görə ABŞ-nin ikinci ən böyük bankı olan “Bank of America” əvvəllər Amerikanın Basketbol Liqasının (MLB)-nin rəsmi tərəfdaşı olub.

Futbol üzrə dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir tarixində ilk dəfə olaraq üç ölkə ona ev sahibliyi edəcək və iştirakçı ölkələrin tərkibi 32 milli komandadan 48-ə çatdırılacaq.

“Bank of America” səhmləri cümə günü 0.2% bahalaşıb. İlin əvvəlindən bankın kapitallaşması 15.9% artaraq 302.9 milyard dollara çatıb, S&P 500 fond indeksi isə bu müddət ərzində 16.2% artıb.

Son xəbərlər
Digər xəbərlər