20 C
Baku
Thursday, October 3, 2024

“Revolut” $45 mlrd. qiymətləndirmə ilə yenidən Avropanın ən dəyərli fintexi olub

Böyük Britaniyanın “Revolut” fintex təkrar səhm satışından sonra 45 milyard dollar dəyərində qiymətləndirilib, bu barədə “Bloomberg” məlumat yayıb. Maliyyə raunduna “Coatue”, “D1 Capital Partners” və “Tiger Global” rəhbərlik edib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Qeyd edək ki, təkrar səhm satışı “Revolut”un Böyük Britaniya tənzimləyicilərindən çoxdan gözlənilən bank lisenziyasını almasından bir neçə həftə sonra həyata keçirilib. Qeyd olunur ki, 2021-ci ildə şirkətin dəyəri 33 milyard dollar olub. Bu, investorların yüksək faiz dərəcələri səbəbindən sənayeyə dəstəklərini yenidən nəzərdən keçirdikləri üçün dəyərin kəskin azalmasının qarşısını almağa imkan verib.

İyun ayında “Financial Times” yazmışdı ki, 40 milyard dollar dəyərində qiymətləndirmə “Revolut”u Avropanın ən dəyərli startapı kimi möhkəmləndirəcək.

“Revolut” 2015-ci ildə Nikolay Storonski və Vlad Yatsenko tərəfindən yaradılıb. Startapın təxminən 40 milyon müştərisi var, onların üçdə biri Böyük Britaniyada yaşayır. Şirkət 2021-ci ildə “SoftBank”ın “Vision Fund 2” və “Tiger Global Management” daxil olmaqla investorlardan 800 milyon dollar toplayıb.

Son xəbərlər
Digər xəbərlər