13 C
Baku
Friday, November 22, 2024

Bank analitiki: FED-in faiz enişi fonunda dolların itkiləri məhdud ola bilər

Federal Ehtiyat Sistemi faiz dərəcələrini bazarın gözlədiyi qədər azaltmayacağı üçün dolların mövcud itkiləri məhdud ola bilər.

Banker.az-ın İnvestisiya bölməsi xəbər verir ki, bunu “Swissquote Bank”ın analitiki İpek Ozkardeşkaya bildirir. O bu barədə “Wall Street Journal”a bildirib.

Dollar altı əsas valyuta səbəti qarşısında 7 ayın ən aşağı səviyyəsinə düşüb.

Ozkardeşkaya qeyd edir ki, FED-in sentyabr iclasında və ilin qalan hissəsində faiz endirimləri üçün bazar proqnozları hələ də həddindən artıq görünür.

“Bu səbəbdən dolların geri dönməsi mümkündür”, – deyə o əlavə edir.

O həmçinin EUR/USD və GBP/USD məzənnələrinin yüksəlmə potensialının məhdud olduğunu qeyd edib.

“FactSet”ə görə, DXY dollar indeksi 102.001 səviyyəsinə düşüb, EUR/USD yeddi yarım ayın ən yüksək səviyyəsi olan 1.1053-ə, GBP/USD isə bir aylıq maksimum olan 1.2970-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər