“WhatsApp”ın beta versiyasına daxil olan mesajları məhdudlaşdırmaq üçün PIN-kod təyin etmə funksiyası əlavə edilib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
Bildirilir ki, PIN-kod təyin etdikdən sonra tanımadığınız və heç vaxt ünsiyyətdə olmadığınız şəxslər sizə mesaj göndərə bilməyəcəklər.
Kodu istənilən vaxt parametrlərdə dəyişmək və ya silmək mümkün olacaq. Daha əvvəl ünsiyyətdə olduğunuz insanlar PIN-kod daxil etməli olmayacaqlar.
Eyni zamanda, “WhatsApp” ləqəb (nickname) funksiyasını sınaqdan keçirir. Bu funksiya həmçinin “Telegram”da da mövcuddur.