12 C
Baku
Saturday, November 23, 2024

AZAL marşrut şəbəkəsini 80 istiqamətədək genişləndirməyi planlaşdırır

“Biz qarşımıza iddialı hədəflər qoyuruq: 2030-cu ilədək sərnişin axınını 2 dəfədən çox artırmağı, marşrut şəbəkəsini 80 istiqamətədək genişləndirməyi və regionda aviasiya sahəsi üzrə lider mövqeyini möhkəmləndirməyi planlaşdırırıq”.

Bunu AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə deyib.

Onun sözlərinə görə, hazırda AZAL müntəzəm sərnişindaşımalar üçün özünün müxtəlif tipli 25 hava gəmisindən istifadə edir ki, onların da orta yaşı 11 il təşkil edir. Bundan əlavə, qeyd etdiyim kimi, sərnişin axınını artırmaq üçün 3 “Airbus A320” tipli təyyarə müvəqqəti olaraq icarəyə götürülüb.

O əlavə edib: “Strateji inkişaf planına əsasən, 2030-cu ilədək aviaşirkətin hava gəmiləri parkında orta yaşı 5-6 ilə qədər olan yalnız 2-3 tip təyyarə olacaq ki, bu da aviasiya sənayesi üçün yaxşı göstəricidir. Bu yanaşma təyyarələrə xidmət göstərilməsi və personalın hazırlığı ilə əlaqəli xərcləri əhəmiyyətli dərəcədə azaldacaqdır.

Bu məqsədlə “Neo” ailəsinə məxsus yeni “Airbus” və geniş gövdəli “Boeing 787 Dreamliner” tipli təyyarələrin tədarükünə dair müqavilələr imzalanıb.

Marşrut şəbəkəsi Asiya, xüsusilə Çin, Qazaxıstan və Özbəkistan istiqamətində fəal şəkildə inkişaf edəcəkdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər