12 C
Baku
Monday, November 25, 2024

Bank “BTB”də əsas səhmdarın payı 77%-ə yüksəlib

2024-cü ilin martında gerçəkləşən səhmlər üzrə hərracda Bank “BTB” ASC-nin səhmlərini əldə edən şəxslər məlum olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ilin martında hər bir səhmin 1000 manat qiyməti olmaqla 5000 ədəd səhm buraxılmışdı və bu da ümumilikdə 5 mln. manatı əhatə edir.

Bankın əsas səhmdarı olan Nigar Mehdiyeva İsmayıl qızının payı son əməliyyatda yeni səhmləri əldə etdikdən sonra 74.99 faizdən 76.74 faizə yüksəlib. Belə ki, o, yeni buraxılan səhmlərin 5000 ədədini  (hamısını) əldə etmiş olub.

İkinci ən əsas səhmdar olan Rza Sadiq İsmayıl oğlunun payı 19.01 faizdən 17.68 faizə, üçüncü əsas səhmdar Tükəzban Mahmudova Ağa qızının payı isə 6 faizdən 5.58 faizə düşüb.

Xatırladaq ki, 2024-cü ilin martında Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 71.45 mln. manata yüksəldilib.

Son xəbərlər
Digər xəbərlər