8 C
Baku
Friday, December 13, 2024

“Walmart” bütün “JD.com” səhmlərini satıb

“Walmart” Çin onlayn pərakəndə satış şirkəti “JD.com”dakı payının satışından 3.6 milyard dollar qazanıb. Amerika şirkəti Çinin ticarət sektorunda performansın pisləşməsi fonunda səkkiz illik tərəfdaşlığa son qoymaq qərarına gəlib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Agentliyin mənbələrinə görə, “Walmart” “JD.com”un 144.5 milyon səhminin hər birini 24.95 dollara satıb. Bu, ABŞ-də ticarətin bağlanışında onların qiymətindən 11% aşağı olub. Səhmlərin satışı Honkonq Birjasında kotirovkaların kəskin azalmasına səbəb olub.

“JD.com”un ardınca digər Çin texnoloji şirkətlərinin səhmləri ucuzlaşmağa başlayıb. Beləliklə, “Alibaba”nın kotirovkaları 1%, “PDD Holdings”in (“Temu” platformasına sahibdir) kotirovkaları isə ABŞ-də ticarətin bağlanışında 4.5% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər