13 C
Baku
Friday, November 22, 2024

Avropada qazın bahalaşması başa çatıb – “Goldman Sachs”

Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun başlamasından sonra Avropada təbii qazın birja qiymətləri (TTF) təxminən 15% bahalaşıb və doqquz ayın ən yüksək həddinə çataraq hər MVt/saat 40 avronu keçib. “Goldman Sachs” strateqi Samanta Dart xəbərdar edir ki, ralli üç əsas səbəbə görə bitmiş ola bilər.

Birincisi, Rusiya qazı Ukrayna üzərindən Avropaya axmağa davam etdiyi üçün tələb və təklif arasında balans dəyişməyib.

İkincisi, Avropa qazının qiymətləri (nisbi) kömür qiymətlərindən və Asiyada LNG qiymətlərindən nə qədər yüksək qalarsa, qaza tələbat bir o qədər aşağı olacaq.

Üçüncüsü, Ukrayna ərazisindən qaz axını kəsilsə belə, çətin ki, kəskin qıtlıq yaransın, çünki başqa alternativ təchizatçılar var. Məsələn, Əlcəzair tədarükün kəsilməsi zamanı İtaliyaya və bu ilin əvvəlində elan edilmiş razılaşmaya əsasən Türkiyə vasitəsilə Macarıstana tədarükünü artıra bilər.

Son xəbərlər
Digər xəbərlər