Azərbaycanın qısa, orta və uzunmüddətli dövlət istiqrazları üzrə gəlirlilik son illərin maksimumuna yüksəlib.
Banker.az bunu Maliyyə Nazirliyinin dərc etdiyi “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ə istinadən xəbər verir.
Belə ki, qısamüddətli dövlət istiqrazları (1 il) 7.9% , orta müddətli (2-3 il) 8.5% olmaqla olmaqla 2019-cü ildən bu tərəfə maksimum, uzunmüddətli (5-7 il) isə 9.4% olmaqla son 10 illikdə maksimum yeniləyib.
Maliyyə Nazirliyi bu məsələyə də aydınlıq gətirərkən, bunun “daxili bazarda likvidliyin daralması daxili maliyyə bazarında dövlət istiqrazlarına olan tələbatın azalması” ilə əlaqələndirir.
Bu, Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsini endirdiyi relyefdə baş verib, hansı ki, endirilən bençmark faizləri fonunda adətən bazarın gözləntisi bunun əksi olur.