6 C
Baku
Sunday, December 15, 2024

Özbəkistan-Azərbaycanın birgə 520 milyon dollarlıq layihələrinə start verilib- Siyahı

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.

Görüşdə Özbəkistan-Azərbaycan arasında yeni birgə layihələrinə start verilməsi mərasimi olub.

Bildirilib ki, ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçirilməyə hazırdır.

Bunlar aşağıdakılardır:

-Daşkənd şəhərində beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi. Layihənin dəyəri 200 milyon dollardır.

-Qaşqadərya vilayətinin Qamaşı rayonunda gips və gips-karton məmulatları istehsalı zavodunun tikintisi, istehsal gücü sutkada 350 ton. Layihənin dəyəri 20 milyon dollardır.

-Daşkənddə “Agalarov Development” tərəfindən yaşayış komplekslərinin tikintisi. Layihələr 133 milyon dollara başa gəlib.

-Azərbaycan Respublikasının Yevlax rayonunda tekstil klasterinin yaradılması. Layihənin dəyəri 104 milyon dollardır. Pambıq becərilməsinin başlanğıcından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Bu layihə Özbəkistanın “Global Textile” şirkətinin iştirakı ilə həyata keçirilir.

-Azərbaycan Respublikasının Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisi. Layihənin dəyəri 6 milyon dollardır və Özbəkistanın “BUSINESS TEX” MMC şirkətinin iştirakı ilə həyata keçirilir.

-Azərbaycan Respublikasının İmişli rayonunda tekstil klasterinin yaradılması. Layihənin dəyəri 54 milyon dollardır və pambığın yığılmasından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Layihə Özbəkistanın “TST GROUP” şirkətinin iştirakı ilə həyata keçirilir.

-Azərbaycan Respublikasının Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması. Layihənin dəyəri 3 milyon dollardır.

Sonra prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanda və Özbəkistanda birgə layihələrin başlanmasını bildirən rəmzi düyməni basıblar.

Son xəbərlər
Digər xəbərlər