İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırmaq qərarının vaxtını uzadıb.
Bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, Yaxın Şərqdəki gərginlik səbəbindən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi üçün Təl-Əvivə ikitərəfli uçuşlar sentyabrın 3-dək dayandırılıb. Həmçinin aviaşirkət Roma-Təl-Əviv və Təl-Əviv-Roma müntəzəm reyslərini də sentyabrın 30-dək dayandırıb.
Qeyd edək ki, “ITA Airways” Yaxın Şərqdəki gərginliklə əlaqədar avqustun 2-dən etibarən Təl-Əvivə uçuşları dayandırıb.