7 C
Baku
Sunday, December 15, 2024

BƏƏ Durovun həbsindən sonra Fransa ilə $17 milyardlıq müqaviləni dondurub

BƏƏ Pavel Durovun həbsindən sonra Fransadan 80 qırıcı təyyarə alışı ilə bağlı müqaviləni dondurub, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir. Məlumata görə, müqavilənin dəyəri təxminən 17 milyard dollardır.

Qeyd edək ki, ölkənin baş nazirinin oğlu “Telegram”ın yaradıcısı ilə şəxsən tanışdır. Ekspertlər hesab edirlər ki, Fransa öz hərəkətləri ilə ciddi səhvə yol verib və nüfuzlu müttəfiqlərinin qəzəbinə səbəb olub.

Bu arada, TON şəbəkəsində yüksək yüklənmə səbəbindən genişmiqyaslı nasazlıq baş verib. Blokçeyn əməliyyatları avqustun 27-də təxminən saat 23:00-da dayandırılıb və yalnız səhər saatlarında bərpa edilib.

Son xəbərlər
Digər xəbərlər