Azərbaycan Mərkəzi Bankında keçirilən hərraclarda avqusta 568.7 milyon ABŞ dolları həcmində valyuta satılıb.
Banker.az-ın məlumatına görə, bu da iyuldan 5 faiz aşağıdır.
Bununla da 2024-cü ilin ilk səkkiz ayında banklara 4 milyard 714.8 milyon dollar satılıb ki, bu da illik müqayisədə 2 milyard 418.7 milyon dollar və ya 105.3 faiz artımdır.
Keçən ilin ilk səkkiz ayında 2 mlrd. 296.1 mln. dollar satılmışdı.