11 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bank “SF Azerbaijan” BOKT-nin vəzifəli şəxsini cərimələdi

SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankından bildirilir.

Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdir.

“SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb.

Son xəbərlər
Digər xəbərlər