Azərbaycan 2024-cü ildə soyuq delikates qəlyanaltı kimi istehlak edilən nərə balığı kürüsünün istehsalını azaltsa da, xaricə ixracını yüksəldib.
Banker.az xəbər verir ki, ilin ilk yarısında nərə balığı təsərrüfatları 258 kiloqram həcmində qara kürü istehsal ediblər. Bu, 2023-cü ildəki nəticədən 12 faiz daha zəif göstəricidir.
Belə ki, keçən ilin ilk yarısı qara kürü istehsalçıları 294 kq-a qaldırmışdılar. Bu barədə Dövlət Statistika Komitəsinin statistik bülletenində məlumat təqdim edilib.
Azərbaycanda uzun illər nərə balığı üzər zavodlar istehsalı mövcud olsa da son 4-5 ildə bir sıra iri müəssisələr iri həcmli istehsala başlayıblar. Bura, “Azerbaijan Fish Farm”ı və “Nərəkənd” balıq yetişdirmə zavodunu nümunə göstərmək olar.
Azərbaycan keçən il istehsalı nəinki xaricə yönəltmiş, hətta xaricdən idxal edib daha çox xaricə ixrac etmiş kimi görünür. Məsələn, cari ilin ilk yarısında xaricə təqribən 430 kq və ya $494.9 minlik qara kürü satıblar. Bu istehsalı xeyli üstələyir. Həmçinin keçən illə müqayisədə ixrac 30 faiz artıb.
Cari ilin ilk yarısında Azərbaycanın əsas qara kürü tədarükçüsü Çindən 3 230 kq qara kürü alınıb ($969.5 min).
Azərbaycanın qara kürüsünün ən sadiq müştərisi Birləşmiş Ərəb Əmirliyidir. O, illərdir bu bahalı qidanı ölkəmizdən idxal etməkdədir. Məsələn, cari ilin ilk yarısında BƏƏ 210 kq nərə balığı üçün Azərbaycana $212.2 min ödəyib.
Sırada çox az həcmli əməliyyatlarla ABŞ, Qazaxıstan və S.Ərəbistanı kimi ölkələrin də adı var.
Qara kürünün bir kiloqramının dəyəri keçən ilin ilk yarısında təqribən 846 dollara satılırdısa, bu cari ildə 1 151 dollar ətrafında satır. Bu illik müqayisədə qiymətin 36 faiz bahalaşmasıdır.