9 C
Baku
Saturday, January 11, 2025

Azərbaycanda lizinq şirkətində iki şəxs səhm alıb

“International Leasing” ASC-yə yeni iki səhmdar gəlib.

Banker.az xəbər verir ki, sonuncu dəfə emissiya edilən 1 mln. manatlıq səhm paketində üç nəfər sifariş vermişdi və onlardan ikisi Həsənov Rifat Vaqif oğlu və Cabbarova Leyla Vaqif qızıdır.

Həsənov Rifat, hansı ki, həm də “International” BOKT QSC-nin yeganə səhmdarıdır hər birinin dəyəri 50 manat olan 9000 ədəd adi sənədsiz adlı səhm alıb.

Bu əməliyyatdan sonra onun BOKT-də payı 45%-ə yüksəlib.

Cabbarova Leyla Vaqif qızı 2000 ədəd səhm almaqla 10%-lik paya sahib olub.

Həsənov Nicat Vaqif oğlu 8000 səhm alaraq o da payını 45%-ə satdırıb. Onun əvvəl 100% ilə lizinq şirkətində 1000 ədəd səhmi vardı.

 

Son xəbərlər
Digər xəbərlər