Azərbaycan Respublikasının Mərkəzi Bankı tələbələrin iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı məqsədilə İnternatura proqramına qəbula müsabiqə elan edir.
İş təcrübəsi olmayan bakalavr pilləsinin IV kurs tələbələri, o cümlədən magistr tələbələri aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər.
Ümumi iqtisadiyyat;
Kompüter elmləri və informasiya texnologiyaları;
Maliyyə;
Tətbiqi riyaziyyat.
İnternatura 01 iyul-15 sentyabr 2016-cı il tarixlərini əhatə edir. Müraciət anketini doldurmaq üçün Karyera imkanları böməsinə daxil olun. Müraciət anketi 01mart 2016-cı il tarixinədək aktiv olacaqdır.