16 C
Baku
Friday, November 22, 2024

“Google” xəstəliklərin erkən diaqnostikası üzrə süni intellekt modeli yaradıb

“Google” xəstəliklərin erkən diaqnostikası üzrə süni intellekt modeli yaradıb. Şirkətin 300 milyon səs parçası ilə yaratdığı bu model sayəsində vərəm və qrip kimi nəfəs yolları xəstəliklərinin erkən diaqnozu qoyula bilir.

Texnologiya nəhənginin süni intellekt modeli vərəmə yoluxmuş şəxsi müəyyən etmək üçün öskürək, burundan ifraz və nəfəsalmada çətinlik kimi 300 milyon nümunəni yaddaşına həkk edib. Bu erkən diaqnoz həmin insanlara vaxtında müalicə olunmaq imkanı verəcək. Süni intellekt modeli, habelə hər hansı birinin səsindən onun qripə yoluxduğunu müəyyən edə biləcək.

Smart telefonlar vasitəsilə asanlıqla istifadə olunacaq “Google” modeli səhiyyə xidmətlərinin bərbad olduğu ölkələrin vətəndaşları üçün göydəndüşmə olub. Şirkət diaqnostika üzrə süni intellekt modelinin dünyanın müxtəlif yerlərində əlçatan olması məqsədilə Hindistanın “Salcit Technologies” firması ilə əməkdaşlıq edəcək.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər