Dünya birjalarında xam neftin qiyməti qısa müddətli bahalaşmadan sonra yenidən ucuzlaşıb.
Banker.az-ın Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən e-ticarət əməliyyatlarında WTI neftinin qiyməti 1 bereli 0.82$ azalaraq 30.48$-da qərarlaşıb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.03$ aşağı düşərək 33.925$ təklif olunub.