13 C
Baku
Wednesday, November 20, 2024

“PAŞA Sığorta”ya yeni təyinat

PAŞA Sığorta şirkətində yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Orxan Məmmədli “PAŞA Sığorta” ASC-də Aktuar Departamentinin Rəhbəri təyin edilib.

Orxan Məmmədli buna qədər “PAŞA Sığorta”da Aktuar xidmətinin rəhbəri, Məsul aktuar kimi vəzifələrdə çalışıb.

O, Bakı Dövlət Universitetində “Tətbiqi Riyaziyyat” üzrə bakalavr dərəcəsinə yiyələnib.

“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər