21 C
Baku
Thursday, September 19, 2024

Konserv zavoduna əlavə maya qoyulub

“Mars Overseas”in strukturundakı zavod “Quba Konserv Zavodu” MMC-nin (əvvəlki Gilan Quba Konserv Zavodu) nizamnamə kapitalı daha yarım milyon manatlıq artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı  500 000 manat və ya 9.2% artımla 5 958 975 manata qaldırılıb.

Xatırladaq ki, “Quba Konserv Zavodu” MMC 2013-cü ildə təsis edilib. Şirkət 2022-ci ilin sentyabrna qədər “Gilan Quba Konserv Zavodu” MMC adı altında çıxış edib. Hazırda onun rəhbəri Tərlan Bayramov Rüstəm oğludur. Zavodda hazırda “Bağdan” brendi ilə kompot və mürəbbə istehsal edilir.

Son xəbərlər
Digər xəbərlər