14 C
Baku
Saturday, November 23, 2024

Aqrar Subsidiya Şurası gələn il üçün subsidiya əmsallarını açıqlayıb

Aqrar Subsidiya Şurası 2025-ci il üçün subsidiya əmsallarını açıqlayıb.

Banker.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Aqrar Subsidiya Şurası Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2025-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:

Bitki növləri Əkin əmsalı Əkin subsidiyası (manat/ha)
Çəltik:
əsas əkinlər 1,9 380
təkrar əkinlər 0,6 120
Qarğıdalı:
əsas əkinlər (işğaldan azad edilmiş ərazilər istisna olmaqla):
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,45 290
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,15 230
təkrar əkinlər 0,6 120
Darı:
əsas əkinlər (işğaldan azad edilmiş ərazilər istisna olmaqla):
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,45 290
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,15 230
təkrar əkinlər 0,6 120
Sorqo:
əsas əkinlər:
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,1 220
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,8 160
təkrar əkinlər 0,6 120
Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.):
İşğaldan azad edilmiş ərazilər üzrə (qarğıdalı və darı da daxil olmaqla):
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 2,0 400
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,7 140
Digər ərazilər üzrə:
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,45 290
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,15 230
Yer fındığı:
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,4 280
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,1 220
Zəfəran 2,2 440
Günəbaxan:
əsas əkinlər:
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,9 180
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,6 120
təkrar əkinlər 0,6 120
Kartof:
əsas əkinlər:
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,8 360
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,5 300
təkrar əkinlər 0,6 120
Tərəvəz:
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,55 310
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,25 250
Bostan bitkiləri:
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,4 280
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,1 220
Yonca:
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,8 160
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,5 100
Digər bitkilər (pambıq, tütün, şəkər çuğunduru və soya istisna olmaqla):
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,95 190
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,65 130
Üzüm:
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar 40,0 8000
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar istisna olmaqla 2021-ci il sentyabrın 1-dən salınan bağlar 3,5 700
2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar 1,25 250
Çay:
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyaları 60,0 12000
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyaları istisna olmaqla 2019-cu ildən salınan çay plantasiyaları 4,0 800
2019-cu ildən əvvəl salınmış çay plantasiyaları 1,25 250
Meyvə:
İntensiv meyvə bağları:
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan intensiv meyvə bağları:
dağ və dağətəyi ərazilərdə salınan fındıq bağları 22,0 4400
nar bağları 15,0 3000
zeytun bağları 28,0 5600
limon və kinkan bağları 58,0 11600
naringi və portağal bağları 48,0 9600
şaftalı (nektarin) və ərik bağları 20,0 4000
püstə bağları 22,5 4500
armud bağları 40,0 8000
alma bağları 55,0 11000
gilas bağları 50,0 10000
xurma (xirnik) bağları 15,0 3000
badam bağları 17,5 3500
qoz bağları 16,5 3300
2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan digər intensiv bağlar 4,0 800
2021-ci il sentyabrın 1-dən əvvəl salınan intensiv bağlar 1,55 310
Digər meyvə bağları:
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları 4,0 800
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları 1,55 310
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmamış meyvə bağları 1,25 250
Giləmeyvə:
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş bağlar:
kivi bağları 48,0 9600
moruq bağları 16,0 3200
qarağat bağları 16,0 3200
böyürtkən bağları 16,0 3200
qaragilə (mavigilə) bağları 75,0 15000
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan kivi bağları istisna olmaqla 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları 3,3 660
Yuxarıda qeyd edilən giləmeyvə bağları istisna olmaqla digər giləmeyvə sahələri:
müasir suvarma sistemləri ilə təmin olunmuş sahələr 1,55 310
müasir suvarma sistemləri ilə təmin olunmamış sahələr 1,25 250
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilər 5,0 1000
Son xəbərlər
Digər xəbərlər