18 C
Baku
Friday, September 20, 2024

Moskva metrosunda avtopilotla idarə olunan qatar xəttə buraxılıb

Moskva metrosunda ilk dəfə olaraq avtopilotla idarə edilən qatar xəttə buraxılıb.

Moskva hökumətinin rəsmi portalının məlumatına görə, qatar hələlik metronun dairəvi xəttində hərəkət edir. Yeni qatarları bir maşinist idarə edir, avtopilot isə hərəkət zamanı onun işini sığortalayır. Məsələn, fövqəladə vəziyyətlərdə qatarın idarə olunmasını öz üzərinə götürür, onun qrafik üzrə dəqiq işləməsini təmin edir, qapıları hərəkət zamanı açılmağa qoymur.

Hər hansı bir səbəbdən maşinist qatarı stansiyada saxlamasa, avtopilot proqramı bunu onun əvəzinə edir. “Ağıllı qatarlar”ın istehsalçıları gələcəkdə avtopilot proqramını daha da təkmilləşdirmək niyyətindədirlər. Məsələn, ekstremal vəziyyətlərdə dispetçerə qatarı məsafədən idarə etməyə və ya dayandırmağa imkan verən yeni texnologiya yaratmağı planlaşdırırlar.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər