12 C
Baku
Monday, November 25, 2024

“Mygov” platformasında süni intellekt tətbiq olunacaq

Vətəndaşların hökumətlə rahat ünsiyyəti üçün bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri” adlı beynəlxalq tədbirdə deyib.

O deyib ki, vətəndaş artıq suallarını süni intellekt vasitəsilə istər yazılı (mətn formasında) və ya səsli şəkildə hökumətə çatdıra biləcək.

“Bu istiqamətdə işlər aktiv şəkildə davam edir. İlin sonunadək yekunlaşacağı gözlənilir”, – deyə Ş.Əliyev bildirib.

MənbəXezerxeber
Son xəbərlər
Digər xəbərlər