5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Banker.az xəbər verir ki, Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində “Legion Financial” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 23 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“Legion Financial” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001025464 |
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
Səhmlərin sayı |
10,000 (ədəd) |
İlkin ticarət qiyməti |
100 manat |
Buraxılış həcmi |
1,000,000 manat |
Anderrayter |
“Assist Finance İ.Ş” ASC |
Ticarətə buraxılma tarixi |
23.09.2024 |