Cari ilin avqust ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 489 min barel səviyyəsində olub, bu da may ayı ilə muqayisədə 1 000 barel çoxdur.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilir.
Hesabata əsasən, bu ilin iyulunda Azərbaycanda neft hasilatı 488 min barel təşkil edib.
Qeyd olunur ki, bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 477 min barel, ikinci rübündə isə 474 min barel səviyyəsində olub, bu da cüzi azalma deməkdir.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir.
Beləliklə, Azərbaycan avqust ayında “OPEC+” çərçivəsində kvotasından 62 min barel geridə qalıb.