2024-cü ilin martında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin strukturunda yaradılan “STP-Btech” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı təsis edilərkən 400 000 manat idi və avqusta bu rəqəm 2 400 000 manata qaldırılıb.
Beləliklə, şirkətin kapitalı 2 000 000 manat və ya 6 dəfə artırılıb.
Xatırladaq ki, “STP-Btech” MMC 2024-cü ilin martında təsis edilib və onun qanuni təmsilçisi Qurbanzadə Səlim Səlim oğludur.