13 C
Baku
Saturday, November 23, 2024

Hesablama Palatası: Büdcə planlamasında boşluqlar var

Azərbaycanın dövlət büdcəsindəki planlama ilə bağlı boşluqlar əlavə xərc ehtimalı (faiz xərcləri timsalında) formalaşdırır.

Bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.

Sənədə əsasən, bu il də büdcə gəlirləri (əksər inzibatçı qurumlar üzrə) proqnozdan əhəmiyyətli artımla yerinə yetirilib. Gəlirlərin proqnozlaşdırılandan artıq yerinə yetirilməsi müsbət məqamlarla yanaşı, maliyyə planlaşdırılması üzrə bir sıra risklərə səbəb olmaqdadır.

Belə ki, ilkin təsdiq edilmə zamanı potensialın tam nəzərə alınmaması il ərzində büdcəyə yenidən baxılma zərurətini yaratmaqla həmin gəlir mənbələri üzrə maliyyələşəcək xərclərin ilin sonuna qalmasına səbəb olmaqdadır. Planlama ilə bağlı boşluqlar əlavə xərc ehtimalını (faiz xərcləri timsalında) formalaşdırmaqdadır.

Bundan başqa Hesabat ilində də büdcənin icrası prosesində aparılan dəyişikliklərlə il ərzində yaranan maliyyə tələbatı təmin edilə bilinməyib və yenidən baxılma zərurət yaranıb.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər