10 C
Baku
Saturday, December 21, 2024

Bişkek Azərbaycana neft emalı üzrə uzunmüddətli müqavilə imzalamağı təklif edib

Bişkek Bakıya Qırğızıstana xam neftin tədarükü və emalı üzrə uzunmüddətli müqavilə imzalamağı təklif edib.

Bu barədə Qırğızıstanın Energetika Nazirliyinə istinadən xəbər verir. Bu məsələ Bişkekdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qırğızıstanın energetika naziri Taalaybek İbrayev arasında keçirilən görüşdə müzakirə olunub.

“Görüşdə T.İbrayev Azərbaycanın neft yataqlarının işlənilməsi, neft məhsullarının istehsalı sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb və Qırğızıstana xam neftin tədarükü və emalına dair uzunmüddətli müqavilə imzalamağı, eləcə də hidroenergetika və bərpa olunan enerji layihələrində iştirak etməyi təklif edib”, – məlumatda qeyd olunub.

O, həmçinin elektriklə işləyən avtomobillər üçün enerji doldurucularının alınması və quraşdırılmasına Azərbaycan-Qırğızıstan İnkişaf Fondundan ilkin mərhələdə güzəştli şərtlərlə 2 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması məsələsinə baxılmasını təklif edib.

P. Şahbazov bu sahələrdə Qırğızıstanla əməkdaşlığa hazır olduğunu bildirib. “O, neftin çatdırılması ilə bağlı xüsusi işçi qrupla işləməyi təklif edib. Bundan başqa, nazir yaxın vaxtlarda bərpa olunan enerji mənbələri üzrə investisiya forumunun keçiriləcəyini xatırladıb və Qırğızıstanı bu forumda fəal iştiraka dəvət edib”, – məlumatda vurğulanıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər